Ru
14:22 / 02 Avqust 2022

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb
Eye

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb.


Bakupost.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 1997-ci ilin avqustunadək ölkədə icbari sığorta olmadığna görə, o dövrədək əlilliyi olan insanlar birdəfəlik ödənişləri almamışdılar. Prezidentin 2018-ci ildə təkrar Prezident seçilməsindən sonra imzaladığı 1 nömrəli fərman şəhid ailələrinə birdəfəlik ödənişlə bağlı idi. Müstəqillik dövründən 1997-ci ilədək olan bütün şəhidlərin bazası yeniləndi və ödənişlər 2018-19-cu illərdə ödənildi. Əlilliyi olan insanlarla bağlı isə bu ödəmələr açıq qalmışdı.


Nazirin sözlərinə görə, bu fərmanın imzalanmasında məqsəd həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi idi:


“Fərmanın icrası üçün ötən 7 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin birgə İşçi Qrupu tərəfindən 1991-1997-ci illərdə olan bütün hərbi xəsarət haqqında olan şəhadətnamələr təkrar inventarlaşdırıldı və elektron sistemə toplanıldı. Bütün bunların nəticəsində isə müvafiq bir baza formalaşdırılıb. Bu gün isə Prezidentin müvafiq fərmanına uyğun olaraq Baş nazir Əli Əsədov həmin ödənişlərin verilməsi qaydasını təsdiqləyib. Bu gün gün ərzində elektron sistemlər üzərindən 11 minədək vətəndaşımıza bu ödənişlər ediləcək. Bu ödəniş onların kartlarında olacaq”.

Şərhlər
  • t.ədalət

    Qarabağ müharibəsi iştirakçıları və əlilləri üçün baza yox,qayğı lazımdır.Yol müfəttişlərinin cərimələri,dərman mafiyasının yaratdığı bahalıq onlara yaşamaq imkanı vermir.Bəyənmədiyimiz sovet dövründə müh.əlilləri və veteranlarına yol hərəkətinə görə cərimə yazılmırdı.İndi hökumət DAM əməkdaşlarını marıqda qoyub ki,əlillərin bir nöqsanı oldumu evə çatmamış mesajı gəlir.Hökumətin verdiyi "qəpik-quruş" da cərimələr və dərmanlarla əlillıərin əlindən alınır.Onu da deyim ki,əlillərə dövlət tərəfindən verilən az sayda dərman var ki,onlar da köhnə istehsal növüdür,xaricdə onlar çoxdan müalicədən çıxarılıb.Sanki,dövlət büdcəni əlillərin üstünə yükləyib.Ona görə də özünü asıb öldürən,narazı qalan müh.əlillərinin sayı getdikcə artır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar