Ru
17:45 / 17 İyun 2022

Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var - Tənzilə Rüstəmxanlı

Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var -  Tənzilə Rüstəmxanlı
Eye

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.


Bakupost.az xəbər verir ki, Forumda Türkiyənin televiziya rəhbərləri, tanınmış jurnalistləri, köşə yazarları iştirak ediblər.


ATEV sədri Tənzilə Rüstəmxanlı çıxışında Azərbaycanla-Türkiyənin tarixi bərabərliyini diqqətə çatdırıb, hər iki ölkə arasında ruh bağının olduğunu vurğulayıb:


“Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi bu qədər birlikdə olmamışdı. Türkiyə hər zaman Azərbaycanın yanında oldu.

Azərbaycan da Türkiyənin olmadığı yerdə “mən varam” dedi. Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var. Nuri Paşanın əsgərlərinin ruhu bayrağımızın üstündədir. Azərbaycan da Çanaqqala savaşında Türkiyə üçün şəhid verib. Bizi şəhidlərimizin ruhu da bağlayır”.

Şərhlər
  • t.ədalət

    İlham Əliyevin müeharibədəki qələbəni qazanması qədər Azərbaycan-Türkiyə münasibətlərinə qapıları açması da çox böyük tarixi hadisədir.Biz,indi özümüzü,həm də Türkiyə vətəndaşı hesab edirik.Azərbaycan-Türkiyə münasibətləri indiki qədər güclü olmamışdı.Biz,gərək,bu dostluq qalasını həmişə qoruyaq!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar