Ru
22:55 / 01 Aprel 2024

Borrelldən Türkiyədəki seçkilərə reaksiya

Borrelldən Türkiyədəki seçkilərə reaksiya
Eye

Türkiyədə bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyənin yerli demokratiyaya sadiqliyini nümayiş etdirir.

Bakupost.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell sosial şəbəkədə yazıb.

“Bələdiyyə seçkilərinin sakit və peşəkar şəkildə keçirilməsi Türkiyəni şərəfləndirir və vətəndaşların yerli demokratiyaya sadiqliyini göstərir. Fundamental hüquqlar və demokratiya münasibətlərimizin əsasını təşkil edir: Türkiyəni Aİ-yə yaxınlaşdıran islahatlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar