Ru
13:42 / 27 İyul 2026

“Boşanmalar məni açmır” – Hafiz Paşayev - VİDEO

“Boşanmalar məni açmır” –  Hafiz Paşayev - VİDEO
Eye

ADA Universitetinin rektoru Hafiz Paşayev məzunlarla görüşdə çıxışı zamanı boşanan əməkdaşlarına çağırış edib.

“Bakupost” xəbər verir ki, onun sözlərinə görə, universitetdə təhsil alan bəzi tələbələr sonradan həmin ali təhsil müəssisəsində işləməyə başlayıb və burada ailə qurublar.

Rektor bildirib ki, bu cür halları müsbət qiymətləndirsələr də, sonradan boşanmaların baş verməsi onu məyus edir:

“Bizim universitetə tələbə kimi gəlib, sonra burada işə düzəlib, elə burada da evlənənlər var. Biz bunu çox alqışlayırıq. Amma heç kəs məndən inciməsin, bəziləri boşanıb. Boşanma məni açmır. Mən bilirəm ki, bizim universitet elə imkanlar yaradıb ki, insanlar bir-birini sevmək istəyir. Mən də sizin yerinizdə olsaydım, sevərdim. Amma bilin ki, ailə qurmaq çox ciddi məsələdir. Çətinlik olur, döyüşmə olur, vuruşma olur, ona dözəsən gərək. Dözüb davam etsəniz, mənim yaşıma çatanda deyəcəksiniz ki, nə yaxşı ki, ailəmə, uşaqlarıma və ən əsası xanımıma sadiq qaldım”.

Lalə, BakuPost


Şərhlər
  • Ceyhun Məmmədov

    Əlbəttə ki,professor müəllimiz düz deyir və bəlkə də onun dediklərinə bütün ziyalılar qoşulur.Ailə qurmaq ciddi məsələdir, amma onu dağıtmaq asandır.Boşanmalar ölkəmizdə hədsiz çoxalıb və get-gedə artır.Ona görə ailə qurub ona sadiq olasan,qoruyasan,çətinliklərə dözəsən,ancaq bunları edəndə ailə olursan və xoşbəxt olursan.Sadəcə indiki dövrdə bəzi ailə quranlar bunları etmək onlara çətin gəlir,ailəni həyatda saxlamaq üçün mübarizələri yoxdur və bu da yaxşı hal deyil.Ona görə ailə quranda istər kişi,istər qadında bu çətinlikləri nəzərə alıb və ən önəmli bir-birilərinə qarşı sevgiləri göstərib çətinliklərin öhdəsindən gələcəkdə gəlməklə və bunları fikirləşib ailə qurmalıdır.Çünki bir -bir-birilərini sevərəkdən ailə qurmalıdırlar ki,gələcəkdə bu həyatın çətinliklərindən birgə gələrək ailələrini qoruya,ailələrinə sadiq qalaraq xoşbəxt yaşamalıdırlar.Çünki bir-birilərinə hörmət,məhəbbət, sevgi olmasa bu çətinliklərin öhdəsindən gəlmək olmaz.Bütün qəlbi təmiz ailə quran cütlüklərə xoşbəxtlik arzu edirəm.Amin

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar