Ru
14:24 / 29 Mart 2023

Botoksun hansı faydaları var?

3690
Botoks əzələ xəstəliklərinin müalicəsi üçün də istifadə olunur.

Bakupost.az xəbər verir ki, Scientific Reports-da botoksun faydaları və zərəri ilə bağlı araşdırma dərc olunub.

Tədqiqat 33-40 yaş arası 10 qadın iştirakçı üzərində aparılıb.

Araşdırmaya görə, botoks əzələ hərəkətlərini dondurur, üz, amiqdala və fusiform girus arasındakı koordinasiyanı pozur. Buna görə də, insan beyninin emosional ifadələri çatdırmasına mane olur.

Botoks daha çox kosmetik prossedurlarla əlaqəli olsa da, əzələ hərəkətinə mane olduğu üçün bir sıra əzələ xəstəliklərinin müalicəsində istifadə edilir.

Eyni zamanda, miqren, boyun spazmı, tərləmə, həddindən artıq aktiv sidik kisəsi kimi müəyyən xəstəliklərdə də istifadə oluna bilər.

Qeyd edək ki, botoks iynələri qırışıqlığın qarşısını almaq üçün istifadə olunur. 2000-ci ildən bəri 459 faiz artaraq ən çox yayılmış minimal invaziv kosmetik prossedura çevrilib.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər