Ru
19:08 / 12 Avqust 2022

Böyük Britaniyada quraqlıq elan edildi - İçməli su satışına məhdudiyyət qoyuldu

1872

Böyük Britaniyada quraqlıq elan edilib.



Bakupost.az xarici mediaya istinadən bildirir ki, rekord istilərin müşahidə edildiyi, yağışın isə çox az miqdarda yağdığı ölkədə su qıtlığı ilə bağlı panika yaşanır. Belə ki, günlərdir narahat olan xalq hökumətin rəsmi olaraq quraqlıq elan etməsindən sonra marketlərə axın edib. Sosial şəbəkələrdə paylaşılan fotolarda insanların market arabalarını su şüşələri ilə doldurduğu görünür.



Vəziyyət o yerdədir ki, artıq bir çox marketdə qablaşdırılmış su satışına məhdudiyyət qoyulub. Marketlər vətəndaşlara 5 şüşədən artıq qablaşdırılmış su satmır.



Bildirilir ki, quraqlıq səbəbilə ictimai su ehtiyatlarından istifadəyə də qısamüddətli məhdudiyyətlər qoyulacaq.



Aysel

Bakupost.az


Böyük Britaniyada quraqlıq elan edildi - İçməli su satışına məhdudiyyət qoyuldu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər