Polislərin uzun zaman axtarışında olduğu braziliyalı narkobaron Secio Roberto de Karvalo Macarıstanın paytaxtı Budapeştdə tapılıb.
Bakupost.az xəbər verir ki, “Braziliyanın Eskobarı” kimi tanınan narkobaron narkotik ticarətini də Budapeştdən idarə edib. O, restoranda yemək yediyi vaxt gizli və beynəlxalq polis əməliyyatı nəticəsində yaxalanıb.
Onun 163 mənzil, 37 təyyarə, 70 avtomobili və yüz milyonlarla avro pulu müsadirə olunub.
İstintaq işlərinin davam etdiyi bildirilib.
Qeyd edək ki, məşhur narkobaron keçmişdə Braziliya ordusunda xüsusi əməliyyatlarda polkovnik rütbəli zabit olub.
Aynur
BakuPost