"NATO Çin haqqında yanlış təsəvvürünü düzəltməli və Asiya-Sakit okean regionundan kənarda qalmalıdır".
Bakupost.az xəbər verir ki, bunu Çinin Avropa İttifaqındakı diplomatik missiyası NATO-nun baş katibi Mark Ruttenin alyansın Hind-Sakit okean regionundakı tərəfdaşları ilə əlaqələrin gücləndirilməsinin zəruriliyi barədə sözlərini şərh edərkən bildirib.
"Ukrayna böhranı ilə bağlı Çin vurğulayır ki, günahı başqasının üzərinə atmaq və qruplaşmalar yaratmaq böhranın həllinə kömək etməyəcək", - diplomatik missiyanın mətbuat xidmətinin şərhində bildirilib.
Qeyd olunub ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi həmişə şəffaf və aydın olub: Pekin siyasi nizamlanma və dinc danışıqların tərəfdarıdır:
“Çin, Braziliya və qlobal cənubun digər ölkələri hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının bərpası üçün şəraitin və atmosferin yaradılmasına kömək etmək üçün Ukrayna böhranı ilə bağlı BMT-də “Sülhün dostları” qrupu yaratdılar. Çinin obyektiv və ədalətli mövqeyi, eləcə də konstruktiv rolu beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb".
Zaur
BakuPost