Ru
16:56 / 07 İyul 2025

Bu gün işdən çıxarılan nazir özünü öldürdü

Bu gün işdən çıxarılan nazir özünü öldürdü
Eye

Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoit Odincovoda intihar edib

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İlkin versiyaya görə, o, Odincovo rayonundakı evində intihar edib.

Qeyd edək ki, bu gün Vladimir Putin onu nazir vəzifəsindən azad edib.

Azad edilmə qərarı Rusiyanın hava limanlarında baş verən xaosdan sonra - yüzlərlə reysin ləğv edildiyi vaxtda verilib. Lakin hələlik nazirin işdən çıxarılması ilə baş verən hadisələr arasında əlaqənin olub-olmaması məlum deyil.

"Shot” teleqram kanalanın iddiasına görə isə,Kursk vilayətinin keçmiş rəhbəri Smirnov (əvvəllər Roman Starovoitin müavini olub) regionda müdafiə qurğularının tikintisi zamanı 1 milyard rubl dəyərində dələduzluq ittihamı ilə həbs olunub və Starovoit barədə ifadə verib.

Starovoit 2024-cü ilin may ayında nazirliyin rəhbərliyinə gətirilmişdi. Bundan əvvəl isə o, Kursk vilayətinin qubernatoru olub.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar