Ru
14:59 / 06 İyun 2025

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı
Eye

Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri işlərini aparacaq şirkət və sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.


Bakupost.az Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.

Dövlət xidməti Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işlərini "Platin - M” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 8 783 933 manat ödənilib.

Sözügedən kənddə qeyd olunan təmir işlərini aparacaq "Platin - M” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov İsfəndiyar Mehman oğludur.

Şərhlər
  • B.Kolxozdar

    Məncə, dahi Zahidə, Akademikə, Milyarder-Münəccimə, Milyoner-Fatehə, Riyaziyyatçıya sadə dəqiq-tam səhih hesablama üçün lazım deyil? Sadəcə, izah edin-100 manat Nizamnamə (dövrüyyə-maliyyəsinə) KAPİTALı ilə 8 mln. 783 min 933 manatlıq işlərə real yetəri-həqiqi özəl-maliyyə-iqtisadi zəmanəti nədir, varmı? *Platin-M* MMCnin hər hansı fəsadları qarşılayacaq real-həqiqi maliyyəsi varmı? Ən uzağı-çoxu bir günlük, ya bir saatlıq işə ekvivalent yüz manatın layihələr üzrə işləri tam keyfiyyətli zəmanətlə icra edəcək *Platin-M*in kapitalına nə dəxli? Qanunçu MM, ya UNEC necə izah edir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar