Cənubi Amerika ölkəsi Argentina xarici kapitalı ölkəyə cəlb etmək məqsədilə mühüm və cəlbedici qərar qəbul edib.
"Bakupost" xəbər verir ki, yeni qaydalara əsasən, ölkə iqtisadiyyatına investisiya yatıran əcnəbi vətəndaşlara Argentina vətəndaşlığının verilməsi nəzərdə tutulur.
İqtisadi artımı stimullaşdırmaq və xarici valyuta axınını təmin etmək məqsədi daşıyan bu addım investorlar üçün yeni imkanlar açır.
Hökumətin tətbiq etdiyi bu proqram çərçivəsində müəyyən edilmiş investisiya şərtlərini ödəyən xarici sərmayədarlar sadələşdirilmiş qaydada pasport əldə etmək hüququ qazanacaqlar.