Ru
15:27 / 08 Avqust 2024

Bu ölkədə nil virusundan 8 nəfər öldü

Bu ölkədə nil virusundan 8 nəfər öldü
Eye

Yunanıstanda bu il Qərbi Nil virusundan ölənlərin sayının 8-ə yüksəldiyi bildirilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan Milli Sağlamlıq Təşkilatından verilən açıqlamada avqustun ilk həftəsində daha iki nəfərin virus səbəbilə öldüyü bildirilib.

2024-cü ildə ölənlərin sayının 8-ə yüksəldiyi və ölümlərin artacağı bildirilib. Virusa yoluxma halının isə ən çox Fessaliya bölgəsində müşahidə edildiyi açıqlanıb.
Bildirilir ki, Qərbi Nil virusu flavivirus ailəsinə aiddir və adətən, ağcaqanadlar vasitəsilə ötürülür. İlk dəfə 1937-ci ildə Uqandada aşkarlanan virus insanlara ağcaqanad dişləməsi ilə keçir.

Əksər insanlar infeksiyadan yüngül simptomlarla sağalsa da, bəzi hallarda ciddi nevroloji problemlər yarada bilir. Virusun xüsusi müalicəsi yoxdur. Müalicə adətən, simptomları aradan qaldırmağa yönəlir.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar