Ru
12:39 / 18 Aprel 2024

Bu ölkədə otel tikintisi qadağan edildi

2453
Hollandiyanın paytaxtı Amsterdamda yeni otel binalarının tikintisinə icazə verilməyəcək.

Bakupost.az xəbər verir ki, yerli hökumətin verdiyi açıqlamada, “Biz şəhəri sakinlər və qonaqlar üçün yaşana bilən hala gətirmək istəyirik", deyə vurğulanıb.

Amsterdamda yeni otel tikintisinə yalnız başqa bir otelin bağlanması, yatmaq üçün yerlərin sayının artırılması və yeni otel daha olarsa o zaman icazə veriləcək.

Şəhər, hər il milyonlarla olan turistlərin sayını məhdudlaşdırmağa çalışır, bu, Hollandiya paytaxtının şəhərdə həddindən artıq turizm problemini yüngülləşdirmək üçün həyata keçirdiyi tədbirlər silsiləsinin sonuncusudur.
Keçən il Amsterdam Şəhər Şurası kruiz gəmilərinin qadağan edilməsi və sərnişin terminalının bağlanması üçün səs verib.




Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər