Dünyada müxtəlif tip iqlim qurşaqları var. Bəzi ölkələr aylar və fəsillər baxımından kifayət qədər balanslı mövqedə yerləşir. Lakin bəzi ölkələr bu vəziyyətdən kənardır.
Belə ki, həmin ölkələrdə aylarla Günəş batmır.
İSLANDİYA
Mayın 10-dan iyulun sonuna qədər İslandiyada Günəş heç vaxt batmır.
NORVEÇ
Norveç 76 gün ərzində heç vaxt qürub görmür. Parlaq günəş işığı gündə təxminən 20 saat bütün ərazini əhatə edir. Aprelin 10-dan avqustun 23-dək Norveçin Svalbard şəhərində günəş fasiləsiz olaraq parlayır.
BORROV, ALYASKA
Alyaskada Günəş mayın sonu ilə iyulun sonu arasında heç vaxt batmır.
İSVEÇ
Mayın əvvəlindən avqustun sonuna qədər Günəş gecə yarısı batır və səhər dörddə yenidən çıxır.
FİNLANDİYA
Minlərlə göl və adalar ölkəsi olan Finlandiyanın əksər bölgələrində günəş 73 gün batmır. Nəticədə, bu bölgələrdə insanlar daim günəş işığına məruz qaldıqları üçün yayda az, qışda isə daha çox yatırlar.
NUNAVUT, KANADA
Nunavut Kanadanın şimal-qərb bölgəsində yerləşir və təxminən iki ay fasiləsiz günəş işığına məruz qalır. Amma qışda bu bölgədə bir ay Günəş çıxmır.
Aynur
BakuPost