Ru
19:31 / 13 May 2022

“Bu ölkələrin NATO-ya daxil edilməsinə müsbət baxmıram” - Ərdoğandan AÇIQLAMA

1459
“Türkiyə NATO-Finlandiya-İsveç ətrafında gedən prosesi diqqətlə izləyir, lakin hələ ki, buna müsbət baxa bilmirik” – deyə prezident Rəcəb Tayib Ərdoğan açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu məsələdə pozitiv fikrə malik deyil. Çünki buna qədər Yunanıstanla bağlı səhvə yol verildi. Bu ölkənin alyans daxilində Türkiyəyə münasibəti müsbət deyil.


“Skandinaviya dövlətləri terrorçulara qarşı qonaqpərvər münasibəti ilə seçlir, onları hətta parlamentlərinə buraxıblar. Ona görə bu məsələdə müsbət bir şey görmürəm. Onların NATO-ya qəbulunda tələsməməliyik” – deyə o, fikrini bildirib.


Qeyd edək ki, Finlandiya və İsveç çoxillik neytrallıqlarından imtina edib, NATO-ya daxil olmaq üçün müraciət edəcəklərini açıqlayıblar. Onlar Rusiyanın hərbi əməliyyatları fonunda təhlükəsizliklərinin şübhə altında olduğunu düşünür.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər