Ru
08:59 / 22 İyun 2022

Bu saatlarda qəhvə içmək olmaz

Bu saatlarda qəhvə içmək olmaz
Eye

Qəhvə içmək üçün ən pis vaxt açıqlanıb.


Bakupost.az xəbər verir ki, həkim dietoloq Ella Davar günorta nahar fasiləsində qəhvə içməyin neqativ təsirini açıqlayıb.


“Səhər tezdən acqarına qəhvə içmək mədə problemlərinə səbəb olur. Günorta nahar fasiləsində də yemək yemədən qəhvə içmək axşam normal yuxu almağa mane olur, yuxusuzluq yaradır.


Yuxudan oyanan kimi qəhvə içməyə vərdiş edənlər, mədənin yüksək turşuluğu, yanma, reflüks, həzmsizlikdən əziyyət çəkir.


Qəhvə üçün ən pis vaxt gündüz saat 12-13:00 arasıdır. Hətta bir kiçik fincan qəhvə içmək gecə yuxusuna neqativ təsir edəcək”.


Həkim orqanizm üçün zərərsiz dozanın gündə 3 fincan olduğunu deyib.

Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar