Ru
21:45 / 06 İyun 2026

Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər - SƏBƏB

Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər - SƏBƏB
Eye

Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılması bu tendensiyanın qarşısını almaqda mühüm rol oynaya bilər.

Bəs rayonlarda insanların dolanışığının yaxşılaşdırılması, gənclərin orada qalması üçün hansı addımlar atılmalıdır?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli əsas məsələlərdən biri şəhərlə kənd arasındakı fərqlərin minimuma endirilməsidir deyib:

“İnsanların yaşayış yeri seçimi yalnız iqtisadi səbəblərlə deyil, həm də sosial və mədəni imkanlarla bağlı olur. Buna görə də şəhərlər, rayonlar və kəndlər arasında infrastruktur baxımından ciddi fərqlər qalmamalıdır. İnsanlar gələcəklərini planlaşdırarkən təkcə gündəlik ehtiyaclarını deyil, ailələrinin sosial həyatını da nəzərə alırlar. Teatrların, kinoteatrların, mədəniyyət mərkəzlərinin, ictimai tədbirlərin mövcudluğu mühüm amillərdəndir. Bu baxımdan sosial və infrastruktur fərqlərinin aradan qaldırılması vacibdir”.

İqtisadçının sözlərinə görə, digər mühüm məsələ iqtisadi imkanlardır:

“Regionlarda iş yerlərinin sayı hələ də kifayət qədər deyil. İnsanların Bakıya üz tutmasının əsas səbəblərindən biri də bütün imkanların paytaxtda cəmləşməsidir. Mənzil təminatı və sahibkarlıq imkanları regionlarda genişləndirilməlidir ki, insanlar yaşadıqları ərazidə rahat şəkildə həyat qura bilsinlər”.

Natiq Cəfərlinin fikrincə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin vəziyyəti də diqqət mərkəzində olmalıdır:

“Fermerlik ağır əmək tələb edən sahədir. Lakin düzgün təşkil olunduqda və müasir yanaşmalar tətbiq edildikdə bu sahə yüksək gəlir gətirə bilər. Bəzi hallarda fermerlik şəhərdəki bir çox peşələrdən daha çox qazanc əldə etmək imkanı yaradır. Bütün bunlarla yanaşı, şəhərlə kənd arasında mövcud olan ictimai və sosial fərqlərin aradan qaldırılması üçün əlavə addımlar atılmalıdır. Kəndlərdə və rayonlarda müxtəlif maraq klublarının, ictimai birliklərin və gənclər təşkilatlarının fəaliyyəti genişləndirilməlidir. Gənclərin aktiv sosial həyata cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili və ictimai proseslərdə iştirakının artırılması regionların inkişafına mühüm töhfə verə bilər”.

Şərhlər
  • Elsevar Quliyev

    Milletin yarsi Bakida yarsida Rusiyada corek puluna gore gedirler .Qaldi ki fermere bunlari hamsini hökumet acmalidi insanlari iwletemin etmelidir Yoxsa kimse 100 dene qoyun saxlayib bunu fermer kimi qeleme verileceyse yene bu gunku veziyetde olacagiq.Birde Rayonlardan gelenlerin ekseryeti burda iwini qurub torpaqda alib ev tikir .Kim iwini aldigi torpaqi qoyub gedib rayonda 500m iwleyecek gedende fehle baba olacaq oda getse eger bu gunki gunde 4 neferlik ailenin ayliq erzaq pulu awagsi 1000m di hele bunun komunali toyu yasni geyimni demirem kim 500m gedib iwdeyer hec kim .Menim bu deyqe 1500 verseler getmaram cunki ele insan yoxdu ki krediti olmasin bir qarin ac bir qarni tox yyawayiriq sadece Bakidan kasib ehalini cixardib xaricilercin ereblercin Bakini Dubay edirler vay kasibin halina .Bu milleti az ele salin onsuzda millet bezib yawadiqi heyatdan .Belede cox getmayacak bax ondan qorxmaq lazimdi ki hec kim qarwisin ala bilmeyecek

  • Бакинец.

    А что толку писать?И так всё понятно и видно.Каждый нормальный человек хочет нормально жить а не существовать

  • Firudin Heydərov

    Bu keçən 20 ildə bunu etsəydilər nə Kəndlər Rayonlar bosalmazdir indidə rayonlardan gələn 3 milyon yarım insanı bir iki ilə dala qaytarmaq mümkün olmuyacaq bu 5/10 ilə çəkə bilər oda deyilən kimi imkanlar yaransa.insan isdəməlidiki yesin yaşasın.gələnlərdə hərə bir iş tapıb ailəsin saxlayır.Təklif..unversetlər və sənaye parkları və dövlət qurumlarının 70%rayonlara köçürülməsi.paytaxtin yollarınada çox kömək olacaq.Bizim ölkədə hər seynən məşğul olmaq olar.sadəcə bizdə nəzarət 0 ra bərabərdir ancaq ac göz məmurlar öz sortlarının düzəltdilər pulları mənimsəyirlər.təkcə paytaxt yollarına çəkilən xərclərə Ölkəmizdə 2 gözəl ve böyük şəhər salmaq olardı.savadsiz injenerlər iş başında.savadilar xarici ölkələrdə tikintidə çalışırlar bezib qaçıblar pulsuzdugdan qaçıblar.Bu problemlər haçan həlin tapsa şəhərimiz və Rayonlarımız gozələşər inkişaf edər Sağolsun Cənab Prezident hər sahəni diqqətdə saxlayır Xarici siyasətin dəstəkləyirəm əla, Amma daxili siyasətdə bir il özü Xarici siyasətin necə mükəmməl aparır özü danışıqlar aparır,onun kimi millətin bir il qəbulun şikayətlərinə baxsa nəzarət etsə Şəxsən özü Vallahi deyirəm Ölkəmiz dünyada birinci olar Onsuz da Xarici siyasətdə birinciyik.

  • Ruslan Mamedov

    Men Bakida dogulmusam ve 38 ildi bakidayam. SOVETSKI deyilen erazide. Demek istediyim odurki seherde is tapmag cetinlesib. Cunki rayinkarin 70% seherdedi en boyuk emek haqqi 490 manatdir. Rayonlarda is olmadigiycun mecbur camahat gelir ki iwlesin ailesini saxlasin. Eyer rayonlarda fermerlik inkiwaf olunsa gelmezler hemde weher bowalar

  • B.Süni Zəka

    Azərbaycanın Özünün təkrarən 18 oktyabr Suverenlik bəyanındam, Kremlin 1991ci ildə SSRİ və SB azad-özbaşına buraxdığından, 2030cü ilədək ölkəmizə milyardlarla gəlir-Kapital gətirəcək Əsrin haraylı kontraktından, Zəfər və mərkəzi hərbi terror yuvasıının azadlığından neçə illər keçir, ötən illərin itirilmiş iş yerləri, əvəzinə yenilərin yaradılmasından demək olarki, ötən Kənd təsərrüfatı iclasına qədər iqtisadi tərəqqi ciddi mülahizə-müzakirə edillməyib? Halbuki, 44 % (qaçqın) kənd əhalisi, məlum yataqların da xam satışının ixtisara saldığı on minlərlə iş yerlərinin və SSR, SB üzrə dünya bazarına satılan məhsulların istiqamətləri şaxələnməyib? SSRİ dövründə özünü ttaxılla təmin edə bilməyən RF isə üç il sonra artıq taxıl ixrac edirdi! Qəti-konkret ciddi texnoloji iqtisadiyyat təbii ki, siyasətin hüquqa əsaslanmayan boş hissəsi deyil, dəqiq hesabi layihə və səmərəli nəticələrə öncədən hesablanır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar