Ru
19:51 / 10 Yanvar 2023

Bu şirkət tarixin ən böyük ixtisarını edir - 18 mindən çox şəxs işdən çıxarılır

Bu şirkət tarixin ən böyük ixtisarını edir - 18 mindən çox şəxs işdən çıxarılır
Eye

Nəhəng texnoloji şirkət olan Amazon 18 mindən çox işçisini işdən çıxarır. Şirkətin təxminən 300 min işçisi var və bu ixtisar onların yalnız 6 faizini təşkil edir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ixtisara səbəb Amazonun xərclərini azaltmaq istəyidir. Buna görə də tarixdə ən böyük ixtisarını edəcək.



İxtisarın hansı ölkələrdə olacağı dəqiqləşdirilməyib.

Şirkətin prezidenti və baş icraçı direktoru Andy Jassy bildirib ki, işçilərə artıq e-poçt göndərilib.



Məktubda “Biz işdən çıxardığımız insanlara kompensasiya verəcəyik, müvəqqəti tibbi sığorta ilə təmin edəcəyik və onlara iş tapmaqda köməklik edəcəyik. Amazon indiyə qədər bir çox çətinliklərin öhdəsindən gəldi və bunu davam etdirəcək”, - deyə qeyd olunub.

Ləman Hüseynzadə
Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar