Tanınmış iqtisadçı Natiq Cəfərli Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin çıxışını sərt tənqid edib.
“Bakupost” xəbər verir ki, ekspert bu barədə Facebook səhifəsində yazıb. O bildirib ki, quru sərhədləri bağlı olan ölkədə turizm “yetkin” deyil, “yetim” gündədir:
“Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev, sitat: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir".
Quru sərhədləri bağlı olan istənilən ölkədə turizm yetkin deyil də, yalnız yetim günündə ola bilər...”
Quru sərhədlərinin bağlı olması tək turizmi yox,bütün azərbaycan xalqını yetim günə qoyub...