Ru
15:31 / 11 Mart 2024

Bu verilişlərə görə televiziya rəhbərləri Prezident Administrasiyasına çağırıldı

11052
Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.


Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
Şərhlər
  • Ramin

    Duzgun qerardir, bezmisik bu bezpridel verilisler ve onlarin aparicilarindan, bir dene elmi, medeni verilis tapmaq olmur. Derhal sualsiz, sorgusuz baglanmalidir sefeh verilisler.

  • Dasqin

    Allaha şükür ki, cəmiyyətin narahatlığı, narazılığı aidiyyatı qurumları da hərəkətə keçməyə məcbur elədi. Mütləq şəkildə son qoyulmalıdır bu tip verlişlərə.

  • Məstəli

    Onlara bu yöndə istiqamət verən məhz prezident adminstrasiyasıdır!

  • Şahin Məmmədov

    Bu sifətlərə baxmaq belə istəmirəm.İnanmıram nəsə dəyişə

  • Şahin Əliyev

    Tam doğru irad bildirilib,telekanllarda verilişlərə baxmaq olmur biabırçı vəziyyətdədir.Biri yemək hazırlayır,biri şou göstərir,biri ağzına gələni danışır,Verilişdə özlərini elə aparırlarkı sanki şəxsi kanallarıdı və nə istəsələr edə bilərlər,bu verilişləri bağlamaq lazımdır kankret.Çünki bizə başqa dövlətlərdədə izləyirlər,Bu verilişlər bizə xələl gətirir.Xahiş edirəm bu verilişlərin yayımlanması dayandırılsın,

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər