Ru
20:22 / 05 Dekabr 2024

Bu yolların təmirinə 1,3 milyon manat ayrıldı

Bu yolların təmirinə 1,3 milyon manat ayrıldı
1396

Abşeron rayonunun Hökməli, Məmmədli və Qobu qəsəbələrində yollar əsaslı təmir olunacaq.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, təmir işləri Hökməli qəsəbəsinin S.Əskərova, Ə.Cəfərov, Həsən Əliyev, Y.Qarayev küçələrində, Məmmədli qəsəbəsinin M.Şirinov, E.Əliyev, M.Zeynalov, Z.Əliyeva, B.Vahabzadə küçələrində, Qobu qəsəbəsinin isə A.Qəribov, T.Sahibcanov, NHacıağayev küçələrində aparılacaq.

Məlumata görə, artıq bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti (RİH) hazırlıqlara başlayıb.

RİH sözügedən işlərin icrasını "Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.298.707,29 AZN (1 milyon 298 min 707 manat 29 qəpik) müqavilə bağlayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar