Ru
11:45 / 10 Mart 2023

Burada siyasi məqsəd var - Deputat Hacı Şahinin məzarının ziyarətgaha çevrilməsinə qarşı

17006
“Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və ora turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır”.

Son günlərdə ilahiyyatçı Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi ilə bağlı xəbərlər gündəmdədir. Sosial şəbəkələrdə Bakı daxilində ziyarətgahlara tur təşkil edən bir şirkətin paylaşımı diqqət çəkib. Siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.




Məsələ ilə bağlı İlahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, İslam şəxsiyyətlərə pərəstişdə ifrata varmağın qəti əleyhinədir:


“Hacı Şahin əksər din xadimlərindən və bu sahədə çalışan insanlardan fərqli olaraq əlçatanlığı, sadəliyi və daim insanların arasında olması ilə fərlənib. O, Bakıda və bölgələrdə Vətən müharibəsi şəhidlərinin dəfn və yas mərasimlərində iştirak edib. Sosial şəbəkələrdə də olduqca fəal olub. Onun qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, dinimiz dini şəxsiyyətlərə pərəstişdə ifrata varmağın qəti əleyhinədir. İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu, onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır”.




Millət vəkili, xüsusi turların təşkilinə ehtiyac olmadığını vurğulayıb:


“Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və ora turların təşkil ediləcəyi ilə bağlı açıqlamaların həm də siyasi məqsəd daşıdığını hesab edirəm. Bu fikirlər bir sıra dairələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır. Dəfn yeri məlumdur. İnsanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur”.


C.Məmmədov məsələylə bağlı baş verənlərin ciddi təhlil olunmasına ehtiyac duyur:


“Din sahəsində fəallığın bir müddət davam edəcəyi görünür. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə onun idarə olunmasında ciddi çətinlik yaradacaq”.


Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər