Ru
16:43 / 10 Mart 2023

Burcu Kara dağıntıdan çıxarılan körpənin süd anası oldu

6550
Türkiyəli aktrisa Burcu Kara dağıntılar altından çıxarılmış bir yaşlı körpənin süd anası olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, məşhur aktrisa bu haqda zəlzələ barədə jurnalistlərə açıqlama verib.

O, körpənin anasının hələ tapılmadığını qeyd edib:

“Keçən həftə İstanbula gətirilən bir körpənin süd anası oldum. Ağlımda var idi. Agentlikdən belə bir müraciət olunduqda qəbul etdim. Üç dəfə yoxladım, amma südü istəmədi. Çünki o əslində anasını istəyir. Həyatına uşaq yeməyi ilə davam edir. Təəssüf ki, anasını hələ də axtarırıq. Balaca körpəmiz üçün əlimizdən nə gəlirsə, edəcəyik”.


Aktrisa, ikinci dəfə ana olduğu üçün zəlzələ zamanı zərərçəkənlərin yanında ola bilmədiyini bildirib:


“Gedə bilmədim, amma ağlım və qəlbim orada idi. İnsan orada olub dağıntıları öz əli ilə qazmaq istəyir. Vicdan əzabı və ağrı hiss etdim. Maddi olaraq, əşya göndərərək, sosial mediadan dəstək olmağa çalışdım”.


Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər