Çində Çen adlı qadın alnındakı buynuzabənzər çıxıntı ilə dünyada məşhurdur.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 107 yaşlı Çenin alın sümüyündən çıxan 10 sanimetrlik "buynuz" uzun illərdir qadına mane olmur.
O, bu yaşda özünü yaxşı hiss edir, iştahlı və pozitivdir. Bəziləri yarızarafatca deyir ki, onun uzun ömür sürməsinin səbəbi bəlkə də elə "buynuzu"dur.
Həkimlər isə günəş altında çox qalanlarda dəri deformasiyası nəticəsində belə çıxıntı yarandığını bildirir. Törəmə xoşxassəlidir, amma mütəmadi nəzarətdə saxlamaq lazımdır.
Çen isə buynuzu ilə xoşbəxt olduğunu bildirir.
Aygün Musayeva,
BakuPost