Ru
08:24 / 29 Dekabr 2022

“Çakır” necə nazir oldu? - İSA QƏMBƏRƏ "BARMAĞINI QIRARAM" DEMİŞDİ

16983
Məşhur polis zabiti Süleyman Nemətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması birmənalı qarşılanmayıb.



Belə ki, sosial şəbəkələrdə yeni nazirin illər öncəki fəaliyyəti xatırladılıb.

Gununsesi.info Süleyman Nemətovla bağlı illər öncə yaddaşlarda qalan bəzi məqamları xatırladır .

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək Rayonunun Nehrəm kəndindən olan Süleyman Nemətov Bakıdakı kütləvi aksiyalarda vətəndaşlara davranışı ilə xüsusi seçilib.

Dəfələrlə onun aksiya iştirakçıları ilə davranışı ilə bağlı hüquq müdafiəçiləri tərəfindən o zamanki DİN rəhbəri Ramil Usubova şikayətlər edilib.

“Çakır” ləqəbli Nemətov barəsində ən çox yadda qalan olay isə onun Müsavat başqanı İsa Qəmbərə “barmağını qıraram” deməsi olub.

Aksiyaçılara qarşı xüsusi qəddarlığı ilə seçilən Nemətov zarafatları ilə də yaddaşlarda iz salmağı bacarıb.

Hazırda ABŞ -da yaşayan fəal Səid Nuri Nemətov haqqında bunları yazmışdı:

“Süleyman Nemətov mənə deyirdi ki, mitinq olanda sevinirəm. Çünki, sizləri döyəcəm. Deyirdim ki, ay Süleyman müəllim, bəs eşitməmisən ki, Süleymana qalmayan dünya heç kəsə qalmır. Cavabında isə demişdi ki, Süleyman peygəmbər naxçıvanlı olsaydı, dünya ona qalardı”.

Qeyd edək ki, Süleyman Nemətovun polis baş leytenantı kimi kütləvi aksiyalarda fəallığı DİN rəhbərliyi tərəfindən qiymətləndirilib və o, ötən illərdə polkovnik rütbəsi almaqla idarə rəisi kürsüsünə qədər yüksəlib.

Yeni nazirin illər öncəki fotolarından bəzilərini təqdim edirik:


 “Çakır” necə nazir oldu? - İSA QƏMBƏRƏ "BARMAĞINI QIRARAM" DEMİŞDİ
 “Çakır” necə nazir oldu? - İSA QƏMBƏRƏ "BARMAĞINI QIRARAM" DEMİŞDİ
 “Çakır” necə nazir oldu? - İSA QƏMBƏRƏ "BARMAĞINI QIRARAM" DEMİŞDİ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər