Ru
18:31 / 20 Sentyabr 2022

Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistanı müzakirə etdi 

Çavuşoğlu Blinkenlə Azərbaycan və Ermənistanı müzakirə etdi 
Eye

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.



Bakupost.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hər iki dövlətin diplomatı görüşöncəsi mediaya açıqlamalar veriblər.


Çavuşoğlu görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan və Suriya başda olmaqla ikili və regional məsələlərin müzakirə ediləcəyini açıqlayıb.


Açıqlamalardan sonra mətbuat üçün qapalı keçirilən 30 dəqiqəlik görüş baş tutub.


Blinken isə Türkiyə və ABŞ-ın NATO müttəfiqi olduğunu və bir çox çətinliklərin öhdəsindən gəlmək üçün birgə çalışdıqlarını bildirərək, xüsusilə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklərini vurğulayıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar