Ru
15:34 / 27 Aprel 2022

Cəbrayıl Dövlətzadənin adı gəmiyə verilir - VİDEO

2548
"Palmali"nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq.



Bakupost.az xəbər verir ki, bu barədə şirkət rəsmisi Fidan Quliyeva məlumat verib.



F.Quliyeva qeyd edib ki, azərbaycanlı iş adamı, “Palmali Holding”in rəhbəri Mübariz Mənsimov şəhid anası Məleykə Məmmədzadəyə zəng edərək oğlu Cəbrayıl Dövlətzadənin adının növbəti gəmiyə veriləcəyi xəbərini ona çatdırıb.



Əsgər Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları, həmçinin, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Qarabağ müharibəsinin ilk başlanğıcında şəhid olan Firdovsi Məmmədov,eyni zamanda savaşın ikinci başlanğıcında şəhid olan Cəbrayıl Dövlətzadə əslən Zəngilan rayonundandırlar.Allah rəhmət eləsin!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər