Ru
16:21 / 07 İyun 2024

Cəlilabada dilənçi axını: "Polis tədbir görür, amma.." - Açıqlama

2723
Cəlilabad rayonunun Göytəpə şəhərində qaraçılar “at oynadır”.

Bunu Bakupost.az -a Göytəpə şəhər sakini, jurnalist Murad Hüseynov bildirib.

Onun sözlərinə görə, əsasən, Yevlax rayonundan gələn qaraçıların əlindən küçələrə çıxmağın mümkün deyil:

"Marketlər, piyada keçidləri, körpü və bazarların qarşısını dilənçilər zəbt ediblər. Onların azyaşlı övladları isə avtomobil yolunun hərəkət hissəsinə keçərək, özlərini təhlükəyə atır və sürücülərdən pul tələb edirlər. Yerli əhali onların əlində bezib".


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Göytəpə şəhər icra nümayəndəsi Elnur Əmirov Bakupost.az -a bu barədə məlumatlı olduğunu bildirib. O, bu məsələylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirib:

“Bu şəxslər Göytəpə qəsəbəsində mənzil kirayəliyərək dilinçilik fəaliyyəti ilə məşğul olurlar. Biz məsələdən xəbərdarıq və ərizəylə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirildi ki, avara və dilənçiliklə məşğul olan şəxslər barəsində mütəmadi şəkildə qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir:

"Təkcə cari ilin ötən dövrü ərzində Cəlilabad rayonu ərazisində bununla bağlı 700-ə nəfərə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir".


Qeyd edək ki, Yevlaxdan gələn bu şəxslər nəinki Göytəpə şəhərində, Cəlilabad rayonunda və kəndlərində də dilənçilik fəaliyyəti ilə məşğul olurlar.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər