Ru
11:52 / 29 Mart 2023

"Cəmiyyət sussa, bu cür terror aktları davam edəcək" - Partiya sədri

11418
“Xüsusi xidmət orqanları bu məsələnin üzərinə çox ciddi düşməlidir. Bu terroru törədənlər qanunun ən sərt üzü ilə cəzalandırılmalıdır”.


Bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a deputat Fazil Mustafaya qarşı terror hadisə barədə danışarkən bildirib.


Partiya sədri terror aktının arxasında İranın dayandığını ehtimal edir:


“Deputata, ictimai-siyasi xadimə qarşı bu hücum terror aktıdır. Bunun başqa adı ola bilməz. Bu onun siyasi fəaliyyətinə qarşı hücumdur. Çox güman ki, bu hadisə elə Fazil bəyin tənqid etdiyi mövzulara görə olub. O, İran hökumətinin fəaliyyətini kəskin tənqid edib. Buna görə açıq-aşkar təhdidlər də alıb. Sosial mediada müəyyən qrupların Fazil bəyə qarşı aqressiyasını həmişə müşahidə etmişəm. Ona görə də bu məsələdə ilk ağıla gələn tərəf İrandır. Amma bu ehtimaldır. İstintaq davam edir. Konkret nəticə ortaya qoyulana qədər bütün versiyalar ehtimal kimi səsləndirilməlidir”.

T.Abbaslı bildirib ki, bu terror aktı təkcə Fazil bəyə ünvanlanmayıb:

“Terrorun məqsədi bir şəxsi aradan götürmək olmur. Cəmiyyəti, dövləti qorxutmaq, dövlətə bir mesaj vermək məqsədi daşıyır”.


Xalqın təşvişə düşməməsini vacib sayan T.Abbaslı bu terror aktını törədənlərin yaxın zamanda saxlanılacağına ümid etdiyini bildirib:


“Bu günə qədər davam etdirilən siyasi xətti dəyişmək lazım deyil. Onlar düşünsə ki, bu addımlardan sonra siyasətçilər, media, cəmiyyət susur, onda bu cür terror aktları davam edəcək. Əminəm ki, terrorçular tez bir zamanda tapılacaq. Azərbaycan müstəqil dövlətdir. Heç kim onu qorxuda bilməz”.

Aynur İbrahim
BakuPost
Şərhlər
  • Petrəddin

    Xalqın heç qozuna da deyil,narahat olma,o deputatı xalq seçibki?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər