Blokadadan sonra bombardmanın davam etdiyi bölgədə cənazələrini almaq istəyən qəzzalılar Xan Yunus şəhərindəki Nasser Xəstəxanası qarşısında izdiham yaradıblar.
Bakupost.az xəbər verir ki, müharibənin 18-ci günündə onlarla vətəndaş həyatını itirib, minlərlə vətəndaş yaralanıb.
Elektrik, su və yanacaq olmayan qəzzalılar həyatda qalmaq üçün mübarizələrini davam etdirirlər.
Onlarla xəstəxana istifadəyə bağlanarkən, digər tərəfdən xəstəxanalarda generatorların istifadəsi son saatlarını yaşayır.
Yanacaq olmayan bölgədə generatorlar dayandıqda minlərlə mülki vətəndaşın müalicəsi də dayanacaq.
Qəzzanın Büreyc Qaçqınlar Düşərgəsinə edilən hücumda aralarında uşaqların da olduğu onlarla insan həyatını itirib.
Hücum zamanı həyatını itirənlərin cənazələri Deyr-Belah şəhərindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına gətirilərək orada kəfənlənib.
Cənazələrini almaq istəyən qəzzalılar Xan Yunus şəhərindəki Nasser xəstəxanasının qarşısında sıx izdiham yaradırlar.
Aygün
BakuPost