Ru
17:21 / 09 İyun 2025

Cəsədlər əridilib kanalizasiyaya atılacaq - ŞOK SSENARİ

Cəsədlər əridilib kanalizasiyaya atılacaq - ŞOK SSENARİ
Eye

Böyük Britaniyada cəsədlərin utilizasiyasının yeni üsulu icad edilib. Belə ki, mütəxəssislər ölən şəxsin cəsədini yandırmaq və ya dəfn etmək əvəzinə, qaynatmaq və ya kanalizasiyaya atmağa icazə verilməsini təklif edirlər.

Bakupost.az xəbər verir ki, bu barədə “Telegraph”məlumat yayıb.

2-18 saata qədər davam edən qələvi hidroliz və insan qalıqlarının kompostlanması cəsədləri atmağın yeni üsulları kimi təklif edilir. Birinci üsula tab gətirə bilən sümüklər və dişlər toz halına salınaraq ailəyə göndəriləcək. Qalan hər şey mayeyə çevriləcək və həmin maye kanalizasiya sisteminə axıdılacaq.

Belə dəfn mərasimləri “su dəfni” kimi tanınır, lakin adətən buna “yuyulma” və “sümüklərin yuyulub atılması” mərasimləri deyilir. İnsanlar Avstraliya və Kanadanın bəzi bölgələrində bu cür dəfni seçə bilərlər.

"Suyun keyfiyyəti baxımından araşdırmamız cəsədlərin kanalizasiyaya axıdılması ilə bağlı heç bir problem aşkar etmədi", - deyə Middlesex Universitetindən çirkab su üzrə mütəxəssisi dr Lianne Lundy bildirib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar