Ru
20:31 / 24 Noyabr 2022

Çin dronları Ağ Evin və Pentaqonun hava məkanını pozub - Senatorlar təşviş içindədir

1199
ABŞ-ın paytaxtı Vaşinqtonda Çin dronlarına görə həyəcanlı anlar yaşanıb.


Bakupost.az bildirir ki, "Politico"nın xəbərinə görə, Çin istehsalı olan yüzlərlə dron Vaşinqtonda məhdudlaşdırılmış hava məkanı üzərindən uçub.


Bu uçuşların həyata keçirildiyi hava məkanında Ağ Ev, Kapitoli binası və Pentaqonun yerləşməsi casusluqla bağlı təşvişə səbəb olub.


"Senatorlar Ağ Ev, Kapitoli və Pentaqonun hava məkanına yüzlərlə dronun müdaxilə etdiyini eşitdikləri üçün narahatdırlar", yazan "Politico" məsələ ilə bağlı brifinq təşkil edildiyini də iddia edib:


Adı açıqlanmayan mənbələrə görə, gizli brifinqlər Senatın Daxili Təhlükəsizlik, Ticarət və Kəşfiyyat komitələrinə federal rəsmilər və dron sənayesi ekspertləri tərəfindən verilib.


Bir sıra hökumət rəsmiləri, qanunvericilər və konqres əməkdaşları adlarının anonim qalması şərti ilə “Politico”ya danışıblar. Onlar baş verənlərin Pekinlə hər hansı bir əlaqəsinin olmadığına inanıldığını vurğulayıblar.


Qeyd edək ki, ABŞ Çinin DJI şirkətinin istehsal etdiyi dronlarla bağlı qərar qəbul edib, şirkət qara siyahıya salınıb. Ötən il 8 Çin şirkətinə, o cümlədən DJI-yə investisiya qoyuluşu qadağan edilib. Bu qərarla şirkətin ABŞ ərazisinə sərmayə qoymasının qarşısı alınıb.


Baş verənlərlə bağlı açıqlama verən Çin şirkəti bütün səylərinə baxmayaraq bu vəziyyətin meydana gəldiyini bildirib.


"Təəssüf ki, biz istifadəçi davranışlarına nəzarət edə bilmirik", - deyə DJI sözçüsü vurğulayıb.


Aysel
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər