Ru
13:54 / 17 Aprel 2024

Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı qərar - “Vasmoy Bazar”ı qaytarılmadı

2145
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş MTN-çi Səlim Məmmədov və “Vasmoy Bazar” kimi tanınan 8-ci kilometr bazarının keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdi. Ç.Əsədov “Vasmoy Bazar”ın ona qaytarılmasını tələb edib.

Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının (“Vasmoy bazar” da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən bütün şikayətlər rədd edilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni Zamanda Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qayrarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər