Ru
22:36 / 29 Aprel 2024

Hansı bıçaqların satışı qadağandır? - VİDEO

1379
“Sosial şəbəkələrdə açıq-aşkar soyuq silah satışı ilə məşğul olan səhifələr nəzarət altındadır və həmin şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Modern.az xəbər verir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərdən birində Daxili İşlər Nazirliyinin rəsmisi Lumu İsrəfilli deyib.

O, soyuq silahın satışı ilə məşğul olanları 320-400 saatadək ictimai işlər, iki ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğunu bildirib.

“Əməllərində digər cinayət əməllərinin tərkibi olmayan şəxs, könüllü sürətdə soyuq silahı təhvil verərsə cinayət məsuliyyətindən azad edilir. Əgər polis əməkdaşları tərəfindən hər-hansısa bir şəxsin üzərində müvafiq icazəsi olmayan soyuq silah aşkarlanarsa, həmin şəxs barədə dərhal qanunamüvafiq tədbirlər görüləcək”- deyə Lumu İsrəfilli qeyd edib.

Ətraflı videosüjetdə:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər