Ru
13:49 / 16 May 2024

Fitsoya qarşı sui-qəsd təsadüfi deyil - Medvedev

1047
"Avropada Rusiyaya münasibətdə sağlam mövqe tutan siyasətçiyə qarşı onilliklər ərzində ilk dəfə olaraq, sui-qəsdin həyata keçirilməsindən təəccübləndim. O, heç də ruspərəst deyil, sadəcə olaraq, praqmatikdir və rusofob deyil".

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd haqqında yazıb.

Rusiyanın eks-prezidentinin 2008-ci ildən ünsiyyətdə olduğu Fitso, Medvedevin fikrincə, reallıqla əlaqəsini itirməyən Avropa isteblişmentinin bir hissəsini təmsil edir:

"Bu hissə vətəndaşlarının boz radioaktiv külə çevrilməsini istəmir”.

Medvedev qeyd edib ki, Avropada Fitso kimi bir neçə adamı var və onlar "təhlükəsizliklərinin qayğısına qalmalıdırlar".

"Hücum edən şəxsin hərəkətində yeni Avropanın kvintessensiyası - axmaq rusofobiya, cilovsuz vassallıq və tamamilə ağılsızlıq var".

Dmitri Medvedev Robert Fitsonun ağır zədəsinin tez sağalmasını arzuladığını bildirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər