Ru
14:43 / 16 May 2024

Ermənilər Azərbaycanla imzalanan protokolu ləğv etmək istəyir

1501
"Dünən Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri tərəfindən imzalanan protokol yalnız Ermənistanda hakimiyyət dəyişikliyindən sorna ləğv əldə edilə bilər. Bu sənədlə bağlı təcili olaraq Ermənistan Konstitusiya Məhkəməsinə şikayət edilməlidir".

Bakupost.az "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu mayın 16-da jurnalistlərlə söhbətində “Ayakve” təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan bildirib.

O əlavə edib ki, delimitasiya protokollarını imzalayan məmurlar Konstitusiyanı pozublar və gec-tez cəzalarını alacaqlar.

Çalabyan xatırladıb ki, bu proses referendum və parlamentdə ratifikasiya prosedurlarından keçməlidir.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, “Vətən uğrunda” hərəkatının lideri Baqrat Qalstanyanla görüşünə gəlincə, siyasətçi din xadiminin dediklərindən artığını açıqlamayıb.

“Hərəkatın strategiyası, baş nazirin namizədliyi, gələcək hökumətin tərkibi, hakimiyyətin dəyişdirilməsi mexanizmi - bütün bu təkliflər ilk növbədə ondan gəlməlidir. Bəzi məsələlər əlavə müzakirə tələb edir”, - Çalabyan qeyd edib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər