Ru
15:19 / 16 May 2024

Ermənilər Azərbaycana qaytarılan kənddə yolu kəsdilər - VİDEO

Ermənilər Azərbaycana qaytarılan kənddə yolu kəsdilər -  VİDEO
Eye

Kirants (Xeyrimli-red.) kəndinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun kənddən keçən hissəsini yenidən bağlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə "Novosti Armeniya" bildirib.

Qeyd olunur ki, onlar dünən açıqlanan demarkasiyanın nəticələrinə etiraz edirlər. Yolu bağlayan kənd sakinləri arasında 96 yaşlı Lena adlı qarı da var.

Qeyd edək ki, bundan əvvəl kənd sakinləri Kiarants administrasiyasının binasına toplaşaraq gələcək fəaliyyətlərini müzakirə ediblər.

"Novosti Armeniya" qeyd edir ki, baş nazir Nikol Paşinyanın bu gün “böyük nailiyyət” adlandırdığı Azərbaycanla razılaşmaya əsasən, Kirants (Xeyrimli) kəndinin və Ermənistan-Gürcüstan yolunun bir hissəsi Azərbaycabna qaytarılacaq.


Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar