Ru
15:56 / 16 May 2024

22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ

3076
Xəbər verdiyimiz kimi, 2 ay əvvəl itkin düşən Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qəsdən öldürüldüyü məlum olub.

Cinayətdə Lənkəran rayon sakini Elvin İsmayılzadə şübhəli bilinir və o, artıq saxlanılıb. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini E. İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində K.Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Bakupost.az Baku TV-yə istinadən qətlə şübhəli bilinən gəncin görüntülərini təqdim edir:




22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər