Ru
15:16 / 01 İyul 2025

Məhkəmə məşhur aparıcı ilə bağlı yeni qərar verdi - FOTO

Məhkəmə məşhur aparıcı ilə bağlı yeni qərar verdi - FOTO
Eye

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Yusif Seyfəlov məlumat verib.

Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən məhkəmədə Azər Zahidin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və Azər Zahid ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Azər Zahid Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar