Bu gündən etibarən məktəbli formaları ucuzlaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evindən məlumat verilib.
Məlumata əsasən, ətək və şalvarların qiyməti 20 manatdan 15 manata, jaketin qiyməti isə 30 manatdan 20 manata endirilib.
Qeyd edək ki, ümumilikdə qiymətlərdə 15-33 faiz arasında azalma müşahidə edilir.