Ru
22:49 / 01 İyul 2025

AZAL təyyarəsi Rusiya MN-nin əmri ilə vurulub: Bu da növbəti təsdiq...

AZAL təyyarəsi Rusiya MN-nin əmri ilə vurulub: Bu da növbəti təsdiq...
Eye

ASTRA Telegram kanalı "Minval"ın AZAL təyyarəsinin vurulması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verilməsinə dair məqaləsində adıçəkilən kapitana zəng edib.

Bakupost.az xəbər verir ki, Rusiyanın ASTRA nəşri daha əvvəl "Minval" tərəfindən dərc edilmiş məlumatların həqiqiliyini təsdiqləyib və 25 dekabr 2024-cü il tarixində Qroznı səmasında vurulan "Embraer E190" sərnişin təyyarəsi ilə bağlı məqalədə adıçəkilən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukla əlaqə saxlayıb.

Anonim məktubda yer alan izahat yazısında Paladiçuk hədəfi məhv etmək əmrini telefonla aldığını iddia edir.

Paladiçuk ASTRA ilə söhbətində rəsmi şərh verməkdən imtina etsə də, izahat yazısının yazılması faktını inkar etməyib:

"Mən indi Rusiya ilə Azərbaycan arasında nə baş verdiyini bilirəm... Başa düşürsünüz, müharibə gedir, mən ümumiyyətlə siyasətdən uzağam".

Rusiya pablikinin fikrincə, Paladiçuk həqiqətən də hava hücumundan müdafiə qüvvələrində xidmət edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar