Ru
01:44 / 02 İyul 2025

Şahin Şıxlinski sərbəst buraxıldı - Özündən açıqlama - VİDEO

Şahin Şıxlinski sərbəst buraxıldı - Özündən açıqlama - VİDEO
Eye

00:48

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.


Bu barədə Bakupost.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.


Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılmışdı.

***
Baş verənlərlə bağlı Globalinfo.az Şahin Şıxlinski ilə əlaqə saxlayıb.


O, açıqlamasında hüquq elmləri doktoru, professor İlham Rəhimovun sayəsində buraxıldığını bildirib:


“Allah maraqlanan hər kəsdən razı olsun. Mən artıq azadlıqdayam. Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır. Allah böyük hüquqşünasımız İlham Rəhimovun canını sağ eləsin. İlk dəqiqələrdən mənə dəstək oldu, düzgünlüyün tərəfində olmağa üstünlük verdi. O olmasaydı, bəlkə də məni buraxmazdılar və hər şey başqa cür olardı”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar