Ru
14:54 / 13 Mart 2026

İran uduzub, amma bunu elan edəcək adam tapılmır - Tramp

İran uduzub, amma bunu elan edəcək adam tapılmır - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp G7 liderləri ilə keçirilən virtual görüşdə İranın “kapitulyasiyaya çox yaxın olduğunu” bildirib.

Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" G7 ölkələrindən üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, çərşənbə günü keçirilən onlayn konfrans zamanı Tramp müttəfiqlərinə “hamımız üçün təhlükə yaradan xərçəng şişini aradan qaldırdım” deyib. O həmçinin iddia edib ki, Tehranda kapitulyasiya barədə qərar verə biləcək səlahiyyətli heç bir yüksək vəzifəli şəxs qalmayıb.

“Hazırda liderin kim olduğunu heç kim bilmir, buna görə də kapitulyasiyanı elan edəcək şəxs yoxdur”, – deyə Trampın sözlərini danışıqlardan məlumatlı iki rəsmi şəxs çatdırıb.

"Axios"un yazdığına görə, digər G7 liderləri Trampı müharibəni mümkün qədər tez dayandırmağa çağırıblar və Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Tramp isə boğazdakı vəziyyətin yaxşılaşdığını və kommersiya gəmilərinin həmin ərazidə fəaliyyətini bərpa etməli olduğunu bildirib. ABŞ prezidenti əlavə edib ki, hazırda əsas məsələ vaxt məsələsidir və “beş ildən sonra İranla yeni müharibənin qarşısını almaq üçün işi başa çatdırmaq lazımdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar