Ru
17:39 / 30 Aprel 2026

Azərbaycanda MTK-ların dövrü bitir? - Binalarda yeni sistem

Azərbaycanda MTK-ların dövrü bitir? - Binalarda yeni sistem
Eye

Çoxmərtəbəli binalarda yaşayanların tez-tez qarşılaşdığı problemlərdən biri də idarəetmə məsələsidir. Bir çox hallarda tikinti şirkətləri (MTK-lar) mənzilləri satdıqdan sonra belə binanın idarəsini sakinlərə vermir və bu da narazılıqlara səbəb olur.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı daşınmaz əmlak üzrə mütəxəssis Elnur Fərzəliyevin sözlərinə görə, qanunvericiliyə əsasən bina istifadəyə verildikdən sonra idarəetmə mənzil sahiblərinə keçməlidir:

"Sakinlər bu məqsədlə mülkiyyətçilərin birliyini yarada və ya idarəni seçdikləri şirkətə həvalə edə bilərlər. Bəzi yaşayış komplekslərində bu model artıq tətbiq olunur. Belə binalarda sakinlər idarəetməni öz üzərlərinə götürərək həm nizam-intizamı qoruyur, həm də toplanan vəsaitin xərclənməsinə nəzarət edirlər. Onların sözlərinə görə, bu yanaşma şəffaflığı artırır və problemlərin daha operativ həllinə imkan yaradır".

Sakinlər qeyd edirlər ki, əvvəllər MTK ilə bağlı problemlər yaşansa da, birgə qərarla mülkiyyətçilər cəmiyyəti yaradıldıqdan sonra vəziyyət yaxşılaşıb. İndi isə həm görülən işlər, həm də maliyyə məsələləri barədə mütəmadi hesabat verilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar