Keçən həftə Ağ Ev müxbirlərinin prezident Trapma qarşı süi-qəsd cəhdi ilə tarixə düşən məclisi bu dəfə bir xanımın geyiminə görə müzakirə mövzusuna çevrilib.
Bakupost.az xəbər verir ki, əksər amerikalılar həmin tədbirdə müdafiə naziri Pit Heqsetin həyat yoldaşının geyindiyi paltarı bəyənməyiblər.
Mətbuatda da bir neçə gündür müzakirə obyekti olan geyimin bəyənilməmək səbəbi isə onun Çinin “Shein” brendinə aid olmasıdır:
“Müdafiə nazirinin həyat yoldaşının ABŞ-nin rəqibi olan Çinə məxsus brendin paltarını geyinməsi yersizdi”.
“Öncə Amerika” siyasətinin tərəfdarı olan keçmiş televiziya rəhbəri, millətçi, müdafiə naziri Heqsetin həyat yoldaşı Cennifer Rauçetin geyiminin 42 dollar olduğu bildirilir.
Ceniffer haqqında tənqidi materiallarda bu paltarın oxşarlarının Çinin “Temu” ticarət platformasında yarı qiymətinə satıldığı qeyd edilib.
Əsmər Şahməmmədova, BakuPost