Ukraynanın İrpen şəhər Şurası Azərbaycan prezidenti İlham Əliyevi şəhərin Fəxri Vətəndaşı elan edib.
Bakupost.az Report-a istinadla xəbər verir ki, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.
O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.
Azərbaycan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketini göndərilib.
Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirlib.