Ru
16:10 / 30 Aprel 2026

Milli Onkologiya Mərkəzində partlayış: Ölən və xəsarət alan var - FOTO/VİDEO

Milli Onkologiya Mərkəzində partlayış: Ölən və xəsarət alan var - FOTO/VİDEO
Eye

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.


O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.


***

15:30

Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.


Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, orada olan şəxslərdən xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar