Ru
15:51 / 30 Aprel 2026

Trampın qızıl heykəli qoyuldu, hamı Şimali Koreya liderinə oxşatdı - FOTO

Trampın qızıl heykəli qoyuldu, hamı Şimali Koreya liderinə oxşatdı - FOTO
Eye

ABŞ-də prezident Donald Trampın qızılla örtülmüş heykəli ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə və yerli mediada heykəl Şimali Koreya liderləri Kim İr Sen və Kim Çen İrin abidələri ilə müqayisə edilir.

Bəzi siyasi şərhçilər heykəlin Trampın Şimali Koreya liderlərinə oxşama istəyinə uyğun hazırlandığını deyirlər.
Ancaq bunun sadəcə bir sənət əsəri olduğunu, Trampa qarşı 2024-cü ildə baş tutan sui-qəsd cəhdində əlini qaldırdığı anı əks etdirdiyini deyənlər də az deyil.

Təxminən 4,5 metr hündürlüyündə olan heykəl 3 ton ağırlığındadır. Ohayo ştatında yaşayan heykəltəraş Alan Kottrill tərəfindən hazırlanıb. Bir müddət “Trump National Doral Miami” adlı qolf sahəsinə qoyulsa da, sonradan heykəltaraş razılaşdırılmış məbləğin ona ödənilmədiyini söyləyərək, heykəli bağlı məkana aparıb.

Ağ Evdən isə heykəldən xəbərsiz olduqları bildirilib.

Əsmər Şahməmmədova, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar