Elektron Ticarətin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycanda yeni qlobal alış veriş platforması fəaliyyətə başlayıb.
Bakupost.az xəbər verir ki, Brendfoni.com adlanan platforma qlobal satıcıların məhsullarının satışını həyata keçirdir.
Sayt hazırda Azərbaycan alıcılarına Çinin 10 000-dən çox istehsalçısının 1 milyondan çox məhsulunu təklif edir.
Platforma vasitəsi ilə satılan məhsulların Azərbaycana çatdırılması tamamilə pulsuz həyata keçirilir.
Brendfoni-dən verilən məlumata görə sayt bu yaxınlarda dünyanın bir çox ölkəsində müştərilərə də satış etməyi hədəfləyir.