HƏMAS təşkilatının İsrail ordusuna qarşı hücum planlaşdıran üzvü zərərsizləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“İsrail ordusu HƏMAS terror təşkilatının üzvü İbrahim Əbu Zakarı zərərsizləşdirib. O, yaxın vaxtlarda qüvvələrimizə qarşı terror hücumu həyata keçirməyi planlaşdırırdı və müharibə müddətində İsrail ordusu və dövlətinə qarşı bir çox terror əməliyyatlarına rəhbərlik edib”, - məlumatda bildirilib.